İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi
16:23 11 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.

Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/190964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR