Türkiyə xarici işlər nazirinin təyyarəsinə Rotterdamda enməyə icazə verilməyib

Türkiyə xarici işlər nazirinin təyyarəsinə Rotterdamda enməyə icazə verilməyib
16:37 11 Mart 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib.
"Report” “Euronews”a istinadən xəbər verir ki, Hollandiya hakimiyyəti sanksiyalar təhlükəsinə baxmayaraq, onun təyyarəsinə öz ərazisində enməyə icazə verməyib və mitinqi ləğv edib.
Qeyd edək ki, bir qədər əvvəl Çavuşoğlu bildirib ki, Hollandiya onun ölkəyə səfərinə icazə verməsə, belə bir addım onlar üçün ciddi nəticələrə gətirib çıxaracaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xarici-isler-nazirinin-teyyaresine-rotterdamda-enmeye-icaze-verilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR