Millimizin rəqibi heyətini açıqladı

Millimizin rəqibi heyətini açıqladı
17:07 11 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb.


Fanat.Az xəbər verir ki, bu barədə Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 


Baş məşqçi Maykl O`nil martın 26-da Norveç millisinə qarşı evdə keçirəcəkləri görüş üçün 24 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Maykl MakQovern ("Norviç", İngiltərə), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Roy Kerrol ("Linfild").

 Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Harts", Şotlandiya), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə), Kreyq Katkart ("Uotford", İngiltərə).

Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Brayton", İngiltərə), Ceymi Uard ("Birmingem", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Mattyu Land ("Roçdeyl", İngiltərə), Pol Peton ("Sent-Conston ", Şotlandiya).

 Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Coş Macennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya).


Qeyd edək ki, ilk görüşdə Şimali İrlandiya yığmasına 0:4 hesabı ilə uduzan millimizin bu komanda ilə cavab görüş iyunun 10-da Bakıda keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-rqibi-heytini-acqlad-t56851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR