"Bayatı-şıraz" dəstgahı adlı konsert proqramı keçirildi - FOTO

"Bayatı-şıraz" dəstgahı adlı konsert proqramı keçirildi - FOTO
17:47 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

9 mart Beynəlxalq Muğam Mərkəzində "Bayatı-şıraz" dəstgahı adlı konsert proqramı keçirilib.

Milli.Az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə keçirtdiyi konsertdə ecazkar muğamlarımızdan "Bayatı-Şiraz" səsləndi.

"Bayatı-Şiraz" muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman "ərusi - musiqi" ("musiqinin gəlini") adlandırılır. Bir çox xalq mahnılarımız və rəqslərimiz bu muğam üzərində yazılıb. Sovet bəstəkarı Eduard Artemyev "Bayatı-Şiraz" muğamı əsasənda özünün məhşur əsəri olan "Mediyasiya"nı bəstələyib. Bu əsər Andrey Tarkovskinin "Stalker" (1979) filmi üçün yazılıb. 

Görkəmli bəstəkarımız Süleyman Ələsgərov "Bayatı-Şiraz" simfonik muğamını və Fikrət Əmirov "Gülüstani-Bayatı-Şiraz" simfonik muğamını bəstələyib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə tamaşaçılar xalq artisti Simarə İmanova və onun tələbələri: Fərhad Ramazanov, Xalid Zalışlı, Anar Abbasov və Famil Kərimovun ifasında "Bayatı-Şiraz" muğamını dinlədilər. ifaçıları tarda Ramin Rzayev, kamançada Fərrux Həşimli, udda Elçin Hətəmli, nağarada Ağakərim Abbasov, balabanda Sübhan Əhmədov, qanunda Səbinə Məmmədli, qarmonda Məhəmməd Məmmədli, fotepianoda isə Fəridə Hüseynova müşayiət edirdi. 

Konsertdə əməkdar artist, qiraətçi, ADMİU-nun dosenti Azad Şükürovda çıxış etdi. Novruz ərəfəsində keçirilən daha bir konsert uğurla başa çatdı.

Beynəlxalq Muğam Mərkəzi bir daha tamaşaçılarına gözəl muğam axşamı bəxş etdi. Mart ayı gələcək günlərində Beynəlxalq Muğam Mərkəzində daha bir neçə gözəl muğam axşamları keçiriləcəkdir.  24 mart "Bahar nəğməsi" adlı muğam Konserti və 26 martda Natiq Ritm Qrupunun "Ritm varsa həyat var" adlı solo konserti keçiriləcək. Biletləri şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/525173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR