Günay Musayevadan olan oğluna baxmayan Tolqa Karel danışdı - FOTOLAR

Günay Musayevadan olan oğluna baxmayan Tolqa Karel danışdı - FOTOLAR
18:08 11 Mart 2017
553 Şou
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar azərbaycanlı model Günay Musayeva ilə evli olan aktyor Tolqa Karel oğlu Cahangirdən yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci dəfə ata olmağa hazırlaşan və hazırda Sara Skotti ilə evli olan Tolqa Karel sosial şəbəkədə Günaydan olan oğlu Cahangiri unutmadığını yazıb:

"İlk göz ağrım, Cahangirim, aslanım, sağ qolum... Düşünmə ki, səni unutmuşam. Sanma ki, tərk etmişəm. İlk əl izim, qanım-damarım, oğlum, bir gün səni tapacağam. Bizə edilən bütün pisliklərə baxmayaraq səni unutmadım, oğlum".

Qeyd edək ki, azərbaycanlı model Günay Musayeva dəfələrlə açıqlamalarında bildirib ki, Tolqa Karel oğlu Cahangirlə görüşmür və heç bir maddi yardım göstərmir.





Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/190974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR