İki maşın toqquşdu: yaralanan var - FOTO

İki maşın toqquşdu: yaralanan var - FOTO
18:37 11 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Baş verən qəzada bir nəfər xəsarət alıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 110-cu kilometrliyində rayonun Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.

Balakən rayon Qaravəli kənd sakini, 34 yaşlı Xanlar Abdurəhmanovun idarə etdiyi "VAZ-21 011" markalı minik avtomobili Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və yolu dönmək istəyən Zaqatala rayon Yengiyan kənd sakini, 31 yaşlı İlham Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində yaralanan sərnişin, 26 yaşlı Manaf Abdurəhmanov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, ambulator müalicə almaq şərtilə evə buraxılıb. Qəzanın baş verməsində hər iki tərəf bir-birini günahlandırıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/525221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR