Şəhidimiz Tovuzda torpağa tapşırılıb

Şəhidimiz Tovuzda torpağa tapşırılıb
18:49 11 Mart 2017
222 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.
 
APA-nın qərb bürosunun verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
 
Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR