Şəhid hərbçimiz Tovuzda torpağa tapşırıldı

Şəhid hərbçimiz Tovuzda torpağa tapşırıldı
18:52 11 Mart 2017
321 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

Milli.Az-ın APA-ya istinadən verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR