Türkiyə Super Liqasında XXIV turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Osmanlıspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer alan millimizin üzvü komandasının qoluna imza atıb. O, 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Dəniz Yılmaz 90+3-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Bursaspor" 24 turdan sonra 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.Az