Əfqanıstanda iki polis işçisi 8 həmkarını güllələyib

Əfqanıstanda iki polis işçisi 8 həmkarını güllələyib
19:12 11 Mart 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənub-şərqində iki polisin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 8 əməkdaşı həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Khaama Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, görə insident martın 10-da axşam saatlarında Zabul əyalətindəki nəzarət-buraxılış məntəqəsində baş verib. Əyalət qubernatorunun nümayəndəsi Qul İslam Sayal hücum edən şəxslərin bir neçə silah götürərək aradan çıxdıqlarını deyib.

Əfqanıstanda müxtəlif qruplaşmalarla əlaqəli olan polislər tez-tez buna bənzər hadisələr törədirlər.

Xatırladaq ki, son zamanlar bu ölkədə vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən "Taliban" böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının təsir dairəsi də artmaqdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR