Gmail genişlənəcək

Gmail genişlənəcək
19:12 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Tezliklə "Google" şirkətinin populyar "Gmail" poçt xidməti yeni funksional imkanlara malik olacaq. Axtarış nəhəngi məlumat verib ki, indi tərtibatçılar genişlənmələri yalnız "Chrome" brauzeri üçün deyil, birbaşa "Gmail" üçün yarada bilərlər. Yeni funksiya ilk öncə korporativ seqmentə hədəflənəcək. "Google" artıq "Intuit", "Salesforce" və "Prosperworks" ilə əməkdaşlıq edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Gmail" poçt xidməti üçün genişlənmələr məzmundan asılı olduğuna görə hər bir konkret məktubun tərkibindən asılı olaraq görünə və ya görünməyə bilər. Hazırda bu genişlənmələr yalnız ön baxış üçün əlçatandır. Məsələn, "Intuit" genişlənməsi istifadəçilərə "Gmail" poçt xidmətində tez və asan formada qəbzlər yaratmağa imkan verir.

Gözləntilərə görə, vaxt keçdikcə yalnız müəssisələrə deyil, həm də adi istifadəçilərə hədəflənmiş daha çox genişlənmə əlçatan olacaq.

Qeyd edək ki, hələ ki "Gmail" üçün genişlənmələrə giriş əldə etmək üçün şirkətlər "Google" ilə əlaqə saxlamalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR