Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir?

Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir?
19:17 11 Mart 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Fatimənin (ə) zikri hər zaman, xüsusilə də namazdan sonra deyilməsi çox müstəhəb olan bir zikrdir. Bu zikri Həzrət Mühəmməd Peyğəmbər (s) qızı Fatiməyə (ə) öyrətmişdi. Dini mənbələrdə bunu "Fatimənin (ə) təsbihi" də adlandırırlar. Zikrin qaydası belədir ki, əvvəlcə 34 dəfə "Allahü əkbər", sonra 33 dəfə "Əlhəmdü lillah", daha sonra isə 33 dəfə "Sübhanallah" deyilir. Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi mənbələrdə bu üç zikrin ardıcıllığı və sayı barədə fərqli rəvayətlər var. Bu zikrlərdən sonra "La ilahə illəllah" da deyilir. İmam Cəfər Sadiq (ə) buruub: "Biz öz balalarımıza namazı öyrətdiyimiz kimi Fatimənin təsbihini də öyrədirik. Bu təsbihi həmişə oxuyun. Çünki bunu həmişə oxuyan adam bədbəxtliyə düçar olmaz". "Namazdan sonra Fatimeyi-Zəhranın təsbihini oxumağı hər gün min rükət namaz qılmaqdan daha çox sevirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR