Müharibə 2017-ci ildə BİTƏCƏK, 3 mərhələli PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Müharibə 2017-ci ildə BİTƏCƏK, 3 mərhələli PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 11 Mart 2017
336 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqda olduğunu bəyan etdi. Kremlin ideoloqu Aleksandr Duqin isə Moskvanın Qarabağ planını açıqladı. Martın 7-də Türkiyə, ABŞ və Rusiya Baş qərargah rəisləri Türkiyənin Antalya şəhərində görüşüb. Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri həftəyə damğasını vurdu. “Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 8 min 761 məxfi sənədi yayması da həftənin hadisələrindən idi. Avropa Türkiyəyə qarşı “soyuq müharibə”nin növbəti mərhələsinə başlayıb.

Martın 6-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdü. Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcəyini deyən Lavrov münaqişənin həllə yönümlü olduğunu dilə gətirdi: “Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır”.

Rusiyanın baş diplomatı qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqdırlar. Onun sözlərinə görə, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.

“Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmçinin, Qarabağın statusu təyin olunmalıdır, sözsüz ki, orada yaşayan insanların qayıdışı da nəzərə alınmalıdır. Hazırda son paket üçün əsas olan iki, üç mövzu müzakirə edilir. Dəqiq deyəcəm ki, biz bu məsələlərin razılaşmasından uzağıq”, - deyə o bildirib.

Elmar Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Azərbaycana səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

İqor Popov deyib ki, həmsədrlər Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları müzakirə ediblər. “Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır”, - o bildirib.

Fransalı həmsədr danışıqlar prosesi durğun nöqtədən tərpəndiyini deyib: “ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək: “Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir”.

Amerikalı həmsədr isə qeyd edib ki, danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır.

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı geniş müzakirələr başlayıb. Xüsusilə seçki öncəsi vəziyyətdə siyasi partiyalar əhalinin istəyinə uyğun bəyanatlar verirlər. Ermənistanın “lragir” saytı “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ilk belə bəyanat verdiyini yazıb. Petrosyan ötən ilin dekabrında bəyan etmişdi ki, “Qarabağı qaytarmalı və sülh bağlamalıyıq”.

Daha sonra Petrosyan seçkilərə “Qarabağda sülh” şüarı ilə getdiklərini açıqladı.

“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR

Erməni valideynlərinin əsas istəyi budur.

Ermənistan prezidenti Serj Sarkisyan martın 7-də Fransaya səfər edib. Sarkisyan “Frans-press” agentliyinə müsahibəsində Qarabağda yeni müharibə təhlükəsinin mövcudluğunu dilə gətirib.“Bu bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər”, - işğalçı ölkənin rəhbəri bildirib.

ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və perspektivləri analiz edib. Mərkəz 2016-cı ildə “aprel döyüşü”nün parıltısının bu il də meydana çıxdığını yazıb.

“Stratfor” Rusiyanın Dağlıq Qarabağ münaqişəsində “Lavrov planı”nı tətbiq etmək arzusunda olduğuna diqqət çəkib.

ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR

Putinin Qarabağ ssenarisi belə olacaq

Kremlin ideoloqu hesab olunan məşhur rus millətçisi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Vladimir Duqin də hesab edir ki, münaqişənin həlli üçün “Lavrov planı” ən real variantdır: “Bu plana əsasən, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır. Bundan sonra vəziyyət sakitləşəcək və biz sakit dövr mərhələsinə daxil olacağıq”.

Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “Rayonlar qaytarılacaq”

Bu plana qarşı yalnız Amerika çıxır.

Karnegi” fondunun Rusiya mərkəzinin eksperti, şərqşünas Aleksey Malaşenko qeyd edib ki, Dağlıq Qarabağ zonasında gərgin hadisələr vaxtaşırı təkrarlanacaq. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayana qədər qarşıdurma davam edəcək: “Bu gün nizama salınması üçün ilkin şərt yoxdur. Tərəflər öz ənənəvi siyasətini davam edəcək”.

Malaşenko hesab edir ki, Krımdan, Donetskdən və Suriyadan sonra Dağlıq Qarabağda da vəziyyətin dalan girməsi Rusiyanın diskreditasiyasına (nüfuzdan düşməsi) aparır.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edib. Mərkəzin məruzəsində Ermənistanın maraqlarını müdafiə edən erməni lobbisində təmsil olunanlar və onların fəaliyyət detalları olaraq açıqlanır.

Azərbaycana qarşı sui-qəsd PLANI: kəşfiyyat gizli ERMƏNİ ŞƏBƏKƏSİNİ DE-ŞİFRƏ ETDİ

Erməni şəbəkəsini de-şifrə edib.

Rusiya prezidenti Vladimir Putinin mediadakı əsas adamı hesab olunan “Rossia seqodnya”nın baş redaktoru Dmitri Kiselyov, həmçinin, Kremlin əsas təbliğatçısı olan jurnalist Vladimir Solovyevin İrəvanda dediyi sözlər Ermənistanı qarışdırıb. Martın 7-də Putinə yaxın olan hər iki jurnalist İrəvanda mətbuat konfransı keçiriblər.

Putinin adamları Azərbaycana görə Ermənistanı bir-birinə qatdı – XÜSUSİ MİSSİYA

Putinə yaxın olan hər iki jurnalist İrəvanda mətbuat konfransı keçiriblər.

Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da ölkəsinin Rusiyadakı səfiri Oleq Yesayanı Vardan Toqanyanla əvəz etdi. Erməni analitikləri hesab edir ki, bu dəyişiklik Rusiya jurnalisti Vladimir Solovyevin tənqidi ilə bağlıdır.

“Dördgünlük müharibə”nin QURBANI: Sarkisyanın imzasında AZƏRBAYCAN İZİ

Rusiya jurnalisti Vladimir Solovyevin tənqidi səfirin vəzifəsindən kənarlaşdırılması məsələsində əsas rol oynayıb.

Martın 7-də Türkiyə Baş qərargah rəisi Hulusi Akar, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Baş qərargah rəisi Valeriy Gerasimov Türkiyənin Antalya şəhərində görüşüb. Görüşdə Suriya və İraq başda olmaqla, regional təhlükəsizliklə əlaqədar məsələlər müzakirə edilib.

ABŞ isə YPG-nin əsasını təşkil etdiyi “Suriya Demokratik Gücləri”nə dəstəyini davam etdirir.Əl-Məsdər” nəşrinin yazdığına görə, ABŞ Suriyanın şimalında 400 dəniz piyadaçısı yerləşdirib.

Daha əvvəl isə “Associated Press” agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün bölgəyə təxminən 200 dəniz piyadaçısı və ağır artilleriya yerləşdirib.

Suriya prezidenti Bəşər Əsəd bunun Dəməşqlə razılaşdırılmadığını deyərək ABŞ-ın hərəkətini işğalçılıq adlandırıb. Əsəd qeyd edib ki, ABŞ-ın yeni administrasiyası ilə İŞİD-lə mübarizədə əməkdaşlıq imkanlarını praktik olaraq görmür.

Bəşər Əsəd Suriya müharibəsi 2017-ci ildə başa çatacağına ümid etdiyini deyib: “Bizdə ümid var ki, müharibə bu il başa çatacaq. Ancaq, bu müharibədir və heç vaxt nə olacağını dəqiq bilmirsən”.

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalyada keçirdiyi toplantıda Ankaranın təqdim etdiyi 3 mərhələli Rakka planının detalları məlum olub. Rakkanın İŞİD terror təşkilatından azad edilməsini nəzərdə tutan planda YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücləri –red.) yer verilməyib.

Aypara taktikası ilə müharibə: ÜÇ TƏRƏFDƏN HÜCUM BAŞLAYIR

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalya toplantısı martın 7-də keçirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etmək üçün martın 10-da Moskvaya səfər edib. Günorta saatlarında ilk olaraq Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında məhdud tərkibli görüş keçirilib. Məhdud tərkibli görüş 1 saat 15 dəqiqə davam edib. Bundan sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı: "Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir".

Vladimir Putin türkiyəli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında yaranan böhrandan sonra tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacağını bildirdi.

Ərdoğan Moskvanı PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoymağa, həmçinin Fəthullahçı Terror Təşkilatının (FETÖ) Rusiyadakı fəaliyyətinə reaksiya verməyə çağırdı.

Vladimir Putinin məsləhətçisi Yuri Uşakov Rusiya və Türkiyənin normal əlaqələr mərhələsinə girdiyini açıqladı.

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayıb. "THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb. Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

Çin isə Cənubi Koreyada ABŞ-ın THAAD raketdən müdafiə sistemlərnin yerləşdirilməsini qəti şəkildə pisləyib. Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Gen Şuan söyləyib. O, Pekinin öz milli maraqlarını müdafiə etmək üçün lazımi addımlar atacağını bildirib.

Online.ua saytına müsahibəsində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov Donbasda müharibənin daha 1,5-2 il davam edəcəyini proqnozlaşdırıb. “Mən heç bir informasiya malik deyiləm. Mənim hisslərimə görə, müharibə daha 1,5-2 il davam edəcək”, - deyə Biryukov bildirib.

Onun fikrincə, işğal edilmiş ərazilərin Ukrayna tərkibinə reinteqrasiyası problemsiz keçə bilər. O, nümunə olaraq Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsini göstərib. Biryukovun fikrincə, işğal edilmiş ərazilərin reinteqrasiyası prosesində Ukraynanı gözləyəcək tək problem maliyyə çatışmazlığı ola bilər.

Türkiyə və Almaniya arasında diplomatik qalmaqal davam edir. Almaniya kansleri Angela Merkelin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın idarəetmə sistemini faşizm dövrü ilə müqayisə etməsini rədd etdiyini bildirib. O, həmçinin tərəflərin lazımsız tənqidlərdən qaçmalı olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada keçirməyə planlaşdırdıqları toplantılar ləğv edilib. Bundan sonra iki dövlət arasında ittihamlar bir-birini əvəz edir.

Türkiyə ilə gərginlik yaşayan daha bir Avropa ölkəsi Niderlandır. Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkəyə enişinə verilən icazəni ləğv edib. M.Çavuşoğlu Türkiyədə aprelin 16-da keçiriləcək referendum üzrə kampaniya çərçşivəsində Niderlandda olan türk vətəndaşları ilə görüşməli idi.

Ərdoğan: "Bundan sonra sənin təyyarələrin Türkiyəyə necə enəcək? - VİDEO (YENİLƏNDİ)

Bu barədə Türkiyə mediası məlumat yayıb.

İsrail mütəxəssisləri ölkənin təhlükəsizlik sahəsində qarşılaşdığı problemlərin 80 faizinin İrandan qaynaqlandığını hesab edirlər. Bu haqda İsrail Xarici İşlər Nazirliyində çıxış edən ölkənin baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir İranı “dünyada terrorizmin əsas generatoru” adlandırıb. Netanyahu İranı nüvə silahı hazırlamaq cəhdində, raket sistemləri hazırlaşmaqda və Yaxın Şərq regionunda gərginlik yaratmaqda ittiham edib. “Tehran İsraili məhv etməklə hədələməyə davam edir”, - deyə baş nazir bildirib.

Netanyahu İranla bağlı narahatlığını martın 9-da Rusiya prezidenti Vladimir Putinlə görüşündə də dilə gətirib.

İndiki dünyanın adamı: 2500 illik PLAN və üç ölkəni BİRLƏŞDİRƏN TORPAQ

“Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 8 min 761 məxfi sənədini yayması ilə dünya qarışıb. Yayılan məxfi sənədlər bu günə qədər CİA-dan sızdırılan ən böyük materiallardır.

Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

Gizli kəşfiyyat sirlərimizə necə YİYƏLƏNİR? - Məxfi sənədlər ORTALIĞI QARIŞDIRDI

Bizi necə nəzarətdə saxlayırlar?

İraqdan Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani müstəqillik haqqında son bəyanatına cavab gəlib. İraqın iranyönlü Nücəba Hərəkatının sözçüsü Hasim əl-Musavi jurnalistlərə açıqlamasında söyləyib ki, Bərzaninin müstəqil Kürdüstan ideyası reallaşmayacaq.

Xatırladaq ki, Məsud Bərzani Fransanın “La Stampa” nəşrinə müsahibəsində İraq artıq bitdiyini, kürdlər öz dövlətinə sahib olacaqlarını bildirib. “İraqın bütövlüyünü qorumaq istəyirlər. Amma gerçək budur ki, İraq əslində həll edilməsi qeyri-mümkün olan problemlər üzündən bölünüb”.

Moskva və Minsk arasında soyuq küləklər əsməkdə davam edir. Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin inkişafının aktual məsələləri üzrə keçirilən müşavirədə deyib ki, mühasibatlıq Belarus-Rusiya münasibətlərinin əsasını təşkil etməməlidir. Lukaşenko neft-qaz münasibətlərinin nizama salınmasında Belarusun nə istədiyini aydın şəkildə göstərib.

Lukaşenko: “Belarusu əymək və diz çökdürmək mümkün olmayacaq”

“Mühasibat Belarus-Rusiya münasibətlərinin əsasını təşkil etməməlidir”.

.Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının konstitusiyasına dəyişikliklər və əlavələrin daxil edilməsi Haqqında” qanunu imzalayıb. Əlavə və dəyişikliklər hakimiyyətin qanadları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini nəzərdə tutur.

Yeni Konstitusiya parlamentin rolunu artırır və Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir. Prezident idarəçiliyi isə dəyişməz qalır. Prezidentin bəzi səlahiyyətləri parlament və hökumətə təhvil verilir. Konstitusiya dəyişikliyi prezidentin maliyyə, iqtisadiyyat və inzibati sahələr daxil olmaqla, 35 səlahiyyətinin parlamentə təhvil verilməsini nəzərdə tutur. Ancaq islahatların 26 ildir prezident olan Nazarbayevin mövqeyində gerçək bir dəyişiklik etməsi gözlənilmir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/190975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR