Bakteriyaları yox edən 5 yağ növü

Bakteriyaları yox edən 5 yağ növü
20:12 11 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəklik yağı bədəniniz üçün antibiotik təsiri yaradar. Bu yağ bədəninizə daxil olduqdan sonra stafit infeksiyaları nəzarət altına alır və inkişafına mane olur. Stafit infeksiyası ümumiyyətlə dəridə meydana gəlir. Çox vaxt bu bakteriyalar problemə səbəb olmur və kiçik dəri infeksiyaları şəklində özünü göstərir. Amma stafilokok bakteriyalar bədəninizə daxil olsa, qan dövranına qarışaraq oynaq, sümük, ağciyər və ya ürəyinizdə ölümcül nəticələrə yol aça bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qərənfil yağı uçucu antibakterial yağlardan biridir. Dəridə qızartının meydana gəlməsinə böyük ölçüdə mane olur. Eyni zamanda bədəndə iştirak edən kandida kimi infeksiyalarla mübarizə edir. Kandida infeksiyası bədənimizin hər yerində meydana gələ biləcək bir göbələk növüdür.
Darçın yağı xüsusilə qrip və soyuqdəymə kimi narahatlıqlarda içəcəyiniz mayenin tərkibinə bir neçə damla darçın yağı damcıldatmaq sizi özünüzə gətirəcək. Darçın yağı immun sisteminizin güclənməsini təmin edir.
Limon yağı həm xarici, həm də daxili bakteriya meydana gəlməsinə mane olur. Limon yağının ən əhəmiyyətli xüsusiyyəti, həddindən artıq tərləməni əngəlləməsidir.
Berqamot yağı gözəl qoxusuyla güclü antibakterial xüsusiyyətlərə malikdir. Ümumiyyətlə yara izlərini yaxşılaşdırmaq, baş ağrısını yüngülləşdirmək üçün istifadə edilir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR