Rüstəm Orucov: “Gərək məşqləri bir az da artıraq”

Rüstəm Orucov: “Gərək məşqləri bir az da artıraq”
20:17 11 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ “Rəqibimi yormağa çalışdım. Bilirdim ki, onun dözümü məndən zəifdir. Sonra hücum etməyə başladım və məndə alındı”.
“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Rüstəm Orucov deyib.
73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Olimpiya mükafatçısı 3-cü yer uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəldikdən dərhal sonra fikirlərini bölüşüb. O, döyüşün çətin alındığını söyləyib:
“Bu yarışdır, uduza və uda bilərəm. İlk 4 dəqiqədə özümü qoruyurdum. Çalışırdım girişməyəm. Yopniyalı rəqibimlə güləşəndə yüngül zədə aldım. Buz qoydum, keçdi. Gərək məşqləri bir az da artıraq. Yaponiyalı rəqibimlə başa-baş mübarizə apardım. Gələcəkdə onları udacağıq”.
R.Orucov 1/4 final mərhələsində Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra çempionluğa gedən yoldan Riki Nakaya (Yaponiya) uduzub. Dmitri Kanivets ilə (Ukrayna) təsəlliverici döyüşdən üstün ayrılan Olimpiya mükafatçısı 3-cü yer uğrunda Laşa Şavdatuaşvilyə qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rustem-orucov-gerek-mesqleri-bir-az-da-artiraq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR