Fermerlərin soğanına bazar tapıldı - RUSİYAYA SATILACAQ

Fermerlərin soğanına bazar tapıldı - RUSİYAYA SATILACAQ
20:22 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kəndli və fermerlərin sata bilmədiyi tonlarla soğan Rusiya bazarlarına çıxarılacaq.

Milli.Az azxəbər.com-a istinadən bildirirt ki, bu barədə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov məlumat verib.
Bildirib ki. artıq Rusiya bazarlarına 500 tondan çox kənd təsərrüfatı məhsulları daşınıb: "Hazırda isə kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri minlərlə ton soğan dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır".
Fermer Camal Məhərrəmov bildirib ki, ötən il 1 500 tonadək becərdiyi soğan anbarlarda qalıb: "Qiymətlərin ucuz olması və yerli bazarlarda alıcı olmaması səbəbindən məhsulun 60%-i zay olub".
Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, əslində məhsulun satılmamasında fermerlər özləri təqsirkardır. Bütün bölgələrdə eyni məhsulun kütləvi şəkildə becərilməsi qiymətlərin aşağı düşməsi ilə yanaşı, həm də alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən də yeni əkin mövsümündə müxtəlif çeşidli məhsulun becərilməsi üçün maarifləndirmə işlərinin aparılacağı planlaşdırılır.
Dövlətin fermerlərə dəstək olması onların daha çox qazanc əldə etməsi ilə yanaşı, həm də əkinçilik mədəniyyətinin inkişafına səbəb olacağı məqsədini daşıyacaq.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/525250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR