Azərbaycan ağır atleti İranda keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan ağır atleti İranda keçirilən turnirdə bürünc medal qazanıb
20:32 11 Mart 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davam edir. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
“Report” xəbər verir ki, bu gün Sənan Mirzəyev 85 kq. çəki dərəcəsində qüvvəsini sınayıb. O, uğurlu çıxış edərək fəxri kürsüyə qalxa bilib.
Sənan birdən qaldırma hərəkətində 141 kq-nı ram edib və bu hərəkətdə 3-cü olub. Təkanla qaldırma hərəkətində 167 kq-nı başı üzərinə qaldıran Mirzəyev, bu hərəkətdə 4-cü yeri tutub.
Toplam 308 kq (141+167) nəticə göstərən atletimiz yekun sıralamada bürünc medala layiq görülüb.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz 3 böyük (hər üçü bürünc) medal qazanıblar. Bununla yanaşı, onları ayrı-ayrı hərəkətlərdə daha 5 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görüldüyünü də qeyd etmək lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-agir-atleti-i-randa-kecirilen-turnirde-burunc-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR