Ətin qiyməti 6-7 manata düşəcək - RƏSMİ - VİDEO

Ətin qiyməti 6-7 manata düşəcək - RƏSMİ - VİDEO
20:42 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bayramqabağı paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı deyilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  artıq paytaxtın Xətai rayonunda təşkil olunan yarmarkada ətlərin üzərinə bu qiymətlər vurulub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.
Ancaq yarmarkalardan kənarda ət satanlar heç də belə düşünmürlər.
Satıcıların sözlərinə görə, yaxın bir neçə ayda ətin qiymətində ciddi azalma olacağı gözlənilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/525253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR