Orqanizmdəki yağları sürətlə yandırmaq üçün 5 effektiv üsul

Orqanizmdəki yağları sürətlə yandırmaq üçün 5 effektiv üsul
20:47 11 Mart 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Orqanizm yanacaq mənbəyi olan yağları təbii yollarla yandırır, ancaq bunun daha təsirli olmasını təmin etmək sizin əlinizdədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Herbalife Global Fitness təlim direktoru Samanta Kleyton yağların sürətlə yandırılması üçün dözümlülük, güc və interval məşqləri etməyi, balanslı qidalanıb dincəlməyi təklif edir. Məşq proqramı və fərdi qidalanma məsələsində balanslı davranmaq uzun perspektivdə daha təsirli bir şəkildə kalori və yağ yandırmaq üçün mükəmməl nəticələr verir. Ardıcıllıq uğurların açarlarından biridir, bu səbəblə həftənin beş gününü aktiv olmağa və məşq etməyə ayırın", - deyə o bildirib.
 
Kleyton bədənimizi, sanki bir yağ yandırma maşınına çevirəcək 5 təsirli üsulu aşağıdfakı kimi sıralayıb:
1. Həftədə bir gün uzun müddət qaçın, yeriyin və ya velosiped sürün. Özünüzü rahat hiss etdiyiniz bir tempdə uzun müddət qaçmaq, yerimək və ya velosiped sürmək bədəninizin yağ yandırması üçün mükəmməl bir üsuldur. Bədəniniz uzun müddətli məşqlərinizin böyük bir hissəsində yanacaq mənbəyi kimi, orqanizmdə toplanan yağları istifadə edir. Özünüzü məcbur etməyə başlayıb intensivliyi artırsanız, orqanizminiz enerji üçün topladığı karbohidratı da yandıracaq.
 
2. Həftədə iki gün intervalı ilə məşq edin. Qısa intervallı və sürətli qaçışdan sonra bərabər və ya daha az dincəlmək prosesini ehtiva edir. Əslində bədəni daha yüksək templərə öyrəşdirmək məşqidir. Böyük gərginlikdə bir interval məşq vaxtı, orqanizminiz yanacaq mənbəyi kimi karbohidrogenləri istifadə edir, ancaq dincəlmək vaxtı yağ yandırır. İnterval müntəzəm məşqlərdən daha qısa davam edir və yalnız 30 dəqiqəlik bir məşqlə böyük miqdarda yağ yandırmaq mümkün olur. Həftədə iki gün bu tərzdə məşq etməyə çalışın.
 
3. Güc məşqlərilə bədəninizi formaya salın. Yağsız əzələ kütləsi formalaşdırmaq, dincələndə də daha çox kalori yandırmağa kömək edir. Orqanizminizin yağsız əzələ kütləsini qorumaq üçün daha çox kaloriyə ehtiyacı var. Bu əzələ kütləsini formalaşdırmaq üçün uzun perspektivdə daha yaxşı yağ yandırmağa imkan verir. Gücə əsaslanan məşqlər idman zalını tərk etdikdən sonra da yağ yandırmağa davam etməyinizi təmin edir.
 
4. Əvvəlcə zülal, sonra az miqdarda karbohidrat. Qəbul etdiyiniz qidaların bədəninizin nəticələrinə birbaşa təsiri var. Hər gün karbohidrat, sağlam yağ və zülal ehtiva edən balanslı yemək payları hazırlayın. Məşqdən qabaq 30 dəqiqə ərzində, xüsusilə də uzun müddətli məşq etdiyiniz günlərdə zülal istehlak etməyə diqqət edin. Bundan başqa, orqanizminizin əzələ qlikogen yenilənməsinə kömək etmək üçün məşqlərdən sonra az miqdarda karbohidrat istehlak etməyiniz vacibdir.
 
5. Təkcə beş gün idman edin. Dincələndə orqanizminiz tələblərinizə uyğunlaşmağa başlayır. Həftədə beş gün ciddi məşq edirsinizsə, qalan iki gündə bədəninizin bütün qüvvəsini toplayıb bərpa olunmasına icazə verməlisiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR