"Qəzəblənəndə qaynanamı ürəyimdə söyürəm, günahdır?"

"Qəzəblənəndə qaynanamı ürəyimdə söyürəm, günahdır?"
20:52 11 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər qaynananız sizin haqqınıza giribsə, Qiyamət günü öz haqqınızı ondan alacaqsınız. Daha ətraflı: Qul haqqı barədə  
Ancaq siz çalışın söyüş söyməyəsiniz və yaxud da bəd dua etməyəsiniz, çünki söyüş söymək və çox bəddua etmək müsəlmana yaraşanmayan xüsusiyyətlərdəndir. Siz bir müsəlman kimi bilməlisiniz ki, Qiyamət günü hər kəs öz haqqını alacaq, üstəlik siz səbr etdiyinizə görə böyük mükafat alacaqsınız.

Milli.Az zikr.az-a istinadən bildirir ki, qaynana ilə pis davranmaq ər ilə də münasibətlərin soyumasına gətirə bilər. Ona görə də siz mükafatını Allahdan istəyərək səbr edin, narazı olduğunuz məsələləri isə ərinizə tək olanda nəsihət edin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə də hörmət etməyən bizdən deyildir". (ət-Tirmizi, 1919). Digər bir hədisdə isə belə demişdir: "Yaşlılara hörmətin sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir". (ət-Tirmizi, 1702).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR