Şalğamın möcüzəvi faydaları

Şalğamın möcüzəvi faydaları
21:12 11 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, vitamin və mineral mənbəsi olan şalğamın afrodizyak təsir göstərdiyini söyləyən mütəxəssislər, sağlamlığa olan faydalarını belə sıralayır:

-İştah yaradır.
-Süd turşusu tərkibi ilə həzmi asanlaşdırır.
-B qrupu vitaminləri ehtiva edir və sinirləri sakitləşdirir.
-Mədə və qaraciyər xəstəliklərinə qarşı faydalıdır.
-Kalsium, kalium və dəmir ehtiva edir, sümükləri, dişləri qüvvətləndirir.
-100 qramında 20 kalori olan şalğam, A, B, C vitaminlərini ehtiva edir. Ürək, damar və göz sağlamlığı üçün faydalıdır.
-Revmatizmaya, oynaq ağrılarına, oynaq şişliklərindən, böyrək daşlarına qarşı yaxşı təsir göstərir.
-Qan çibanı, sızanaqlar, ekzema kimi şikayətlərə qarşı təsirlidir.
-Şalğam sinəni yumşaldır. Ağciyər və bronxları təmizləyir.
Sağlamlıq üçün olduqca faydalı olan bu qidanı tez-tez istehlak etməyə çalışın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR