Bakıda tikinti şirkəti külli miqdarda pul mənimsəyib - VİDEO

Bakıda tikinti şirkəti külli miqdarda pul mənimsəyib - VİDEO
21:12 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bir qrup vətəndaş dələduzlarla üzləşdiklərini iddia edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  bir tikinti şirkəti internetdə münasib qiymətə torpaq sahələrində evlər tikdiyi haqda elan yerləşdirib. Bundan sonra çoxlu müştərilər həmin şirkətə müraciət edib.
Müqavilə sənədini göstərən deyir ki, ilkin olaraq 15 min manat pul ödəyib. Gəlib söz verilən ərazini ölçəndə görüb ki, onlara vəd edilən ərazinin ölçüsü düzgün deyil. Elə şübhələr də burdan sonra başlayıb.
15 min manat ödənildikdən sonra ərazidə iş də görülməyib. Amma şirkət vətəndaşdan yenə pul ödəməsini tələb edib.
Elə vətəndaşlar var ki, hətta evlərinin pulunu tamamilə ödəyib. Amma verilən vaxt başa çatsa da, evlər hazır deyil.
Şikayətçilərlə birlikdə tikinti şirkətinin ofisinə yollandıq. Gəlişimizi xəbər alan işçilər və rəhbərlik ofisi boş qoyaraq aradan çıxıblar.
O da məlum oldu ki, şirkət, tikintidə işləyən usta və fəhlələrə də uzun müddətdir maaş vermirmiş. Bizimlə eyni vaxtda onlar da maaşlarını tələb etməyə gəlmişdi.
Onlar deyirlər ki, bundan sonra çarə qalır hüquq mühafizə orqanlarına şikayət etməyə.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/525259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR