Yəməndə bazar bombalandı: 22 ölü

Yəməndə bazar bombalandı: 22 ölü
21:27 11 Mart 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Cümə günü Yəməndə ərəb koalisiyası tərəfindən bazara endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli məmura istinadən "Reuters" məlumat yayıb.
Bundan əvvəl 16 nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilirdi.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin nəzarəti altında olan Hodeyda şəhərinin bazarına havadan zərbə endirib. Nəticədə yanğın baş verib. Ölənlərin hamısı dinc sakinlər olub, onların heç birində silah olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR