“İrəvan “sxodoka”sının qərarı Lənkəranskiyə şamil oluna bilməz” – AÇIQLAMA

“İrəvan “sxodoka”sının qərarı Lənkəranskiyə şamil oluna bilməz” – AÇIQLAMA
11:59 7 Yanvar 2015
198 Ölkə
Ölkə mətbuatı
A- A+

“İttihamları ”qanuni oğru” özü cavablandırmalıdır, üzünə “qrex”i deyilməlidir"

“İrəvanda keçirilmiş “sxodka”da "Rövşən Lənkəranski" özü iştirak etməyib. Əgər “oğru” adı Rövşəndən geri alınıbsa, o, özü  mütləq “sxodka”da iştirak etməli idi. Rövşən də “sxodka”da iştirak etmədiyi üçün bu ad ondan geri alına bilməz”. Bu sözləri Lent.az-a açıqlamasında yazıçı, kriminal kitablar müəllifi Bəhram Çələbi "Rövşən Lənkəranski"dən qanuni “oğru” adının geri alınması barədə yayılmış xəbərə münasibət bildirərkən deyib.

Bəhram Çələbi qeyd edib ki, oğru qanunlarına görə, keçirilən “sxodka”da "qanuni oğru”nun üzünə “qrex”i deyilməlidir: “İttihamları “qanuni oğru” özü cavablandırmalıdır. Niyə, nə üçün, hansı səbəbə görə bu ad ondan geri alınırsa, hamısı sübuta yetirilməlidir. Və o da əgər günahı varsa, başıaşağı sakit oturub ittihamları qəbul edir. Yox, fakt təsdiqini tapmayanda, bu ittihamı irəli sürən adamın özü “nakazat” olunur. “Ded Xasan” hansısa “sxodka”da Rudiki ("Rudik Bakinski", Bakı ermənisi-red), Rudik də “Ded Xasan”ı qanuni “oğru” kimi tanımadıqlarını elan etmişdilər. Belə şeylər çox olub.”.

Qeyd edək ki, dünən yayılan məlumata  görə, Ermənistanın paytaxtı İrəvan yaxınlığında keçirilmiş son illərin ən böyük “oğru sxodkası”nda "Rövşən Lənkəranski" (Canıyev) və Cemal Mikeladze ("Cemo") “qanuni oğru” titiulundan məhrum ediliblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR