Cəbrayıllıların məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə qaz verildi

Cəbrayıllıların məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə qaz verildi
21:34 11 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Martın 11-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.

 

Lent.az-ın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə baş nazirin müavini, QMKİDK sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İH  başçısı Kamal Həsənov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

 

Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.  

  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR