"Qaynanam mənə zülm edir və ərimi də mənə qarşı qaldırır..."

"Qaynanam mənə zülm edir və ərimi də mənə qarşı qaldırır..."
21:57 11 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir. Lakin Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq.

Milli.Az zikr.az-a istinadən bildirir ki, bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur. Ümumiyyətlə bu cür hallara görə çox üzülmək lazım deyil. Uca Allah Qiyamət günü hər kəsin haqqını verəcək və ədalətlə hökm edəcək: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199); "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir." (əş-Şura, 40); "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur". (Fussilət, 34-35).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan oldu­ğuna görə Allah qulunun izzə­ti­ni artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah da onu ucaldar". (Muslim, 2588).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR