Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?

Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?
22:22 11 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Miladi təqvim 365 və ya 366 gündən (dörd ildən-bir) ibarətdir. Bu təqvimdə aylar 30 və ya 31 gün olur (fevraldan başqa). Amma hicri-qəməri təqvimdə hər ay ya 29, ya da 30 gündən ibarətdir. Hicri-qəməri ilin uzunluğu da 354 və ya 355 gündür. Beləcə, hər il hicri təqvim miladi təqvimdən 10 ya 11 və ya 12 gün qısa olur.

Milli.Az islam.az-a istinadən bildirir ki, dini bayramlar hicri-qəməri təqvimlə hesablandığı üçün onları miladi təqvimlə hesabladıqda hər il müəyyən fərqlər yaranır. Məsələn, bu il Qurban bayramı tutaq ki, iyunun 20-sidirsə, gələn il Qurban bayramı iyunun 8-i ya 9-u ya da 10-u olacaq, növbəti il daha 10-12 gün tez olacaq (tarixlər şərtidir və misal üçün verilib).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR