"Plastik əməliyyat etdirən ilk kişi ifaçısıyam" - Rəhim Rəhimli

"Plastik əməliyyat etdirən ilk kişi ifaçısıyam" - Rəhim Rəhimli
22:22 11 Mart 2017
328 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəhim Rəhimli şou-biznesdə bir çox ilklərə imza atdığını deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  ifaçı "Xəzər maqazin"ə açıqlmasında deyib ki, sənətdə inqilab edənlər sırasındadır:

"Bir neçə sənətçilər var ki, onlar inqilab edib. İlk zərbə də həmişə onlara gəlib. Bunlar Aygün Kazımova, Faiq Ağayev, Samir Bağırovdur. Mən də o sıraya daxiləm. Amma zaman keçdikcə öz ayağının üstündə durmağı öyrənirsən. Mən səhv buraxsam da, Allahdan başqa heç kimə hesab vermirəm. Zaman keçəndə deyirlər ki, ilk addım atan filankəsdir. Saçımı çox rənglərə boyamışam: sarı, yaşıl, qırmızı. Bir ara şou-biznesdə sakitçilik olanda arabesk mahnı yazan, səhnədə şou yaradan, kişilər arasında ilk estetik əməliyyat etdirən, türk sözləri ilə mahnı yazan mən olmuşam".
 
R.Rəhimli geyimi ilə Samir Bağırovu təkrarlaması xəbərlərinə də münasibət bildirib:

"Geyimlərin avanqard stili bir az bənzər ola bilər. Hər kəsə uğurlar arzulayıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/525272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR