Ailə daxilində hamıda olan böyrək xəstəliyi

Ailə daxilində hamıda olan böyrək xəstəliyi
22:42 11 Mart 2017
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş verən bütün xəstəliklərin genetik səbəbli olduğu tibbə məlumdur.Böyrəklərdə baş verən polikistoz xəstəliyi də ən çox rast gəlinən və ailəvi xarakter daşıyan xəstəliklərdəndir. Belə ki, bu xəstəliyin diaqnozu qoyulan adamın ailəsndə mütləq həmin xəstəlikdən başqa ailə üzvündə də aşkar edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, böyrəyin polikistozu böyrək toxumasının kistalarla əvəz olunması ilə xarakterizə olunur. Xəstəlik əsasən hər iki böyrəkdə baş verir. Polikistoz zamanı böyrəklərdə müxtəlif ölçülərdə kistalar müşahidə edilir. Kistaların sayı artdıqca böyrəyin nefron təbəqəsi öz strukturunu pozur. Xəstəlik irəlilədikcə böyrəklərin funksiyası pozulur və böyrək çatışmzlığı inkişaf edir.
Yuxarıda yazılanların baş verməməsi üçün mütəxəssislər böyrək polikistozu diaqnozu qoyulan xəstənin bütün ailə üzvlərinin yoxlanmasını tələb edir. Polikistoz diaqnozu qoyulan xəstələrdə narahatçılıq hissi olmasa belə o, ən azı 3 aydan bir müayinə olunmalı və həkim yoxlamasından keçməlidir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR