Yüksək qan şəkərinin əlamətləri nələrdir?

Yüksək qan şəkərinin əlamətləri nələrdir?
23:12 11 Mart 2017
590 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəstə olduğunuzda və ya stress altında ikən bədəniniz xəstəlik və stresslə mübarizə üçün müəyyən hormonlar ifraz edir. Bu hormonlar qan şəkərinizi yüksəldərək təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Bədəninizin qan şəkəri yüksəldiyində bədəninizdə bir sıra sağlamlıq problemləri meydana gəlir. Bu vəziyyətin nəticəsində zamanla ürək damarları ziyan görür və müxtəlif fəsadlar inkişaf edə bilər.

Bəs qan şəkərinin yüksəlməsinin əlamətləri nələrdir?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, keylik və yanma hissi: Yüksək qan şəkəri, əllərdə və ayaqlarda yanma və keyləşməyə səbəb ola bilər. Buna, şəkər xəstəliyinin bir fəsadları olan diabetik nevropatiya səbəb olur.
Yorğunluq əlamətləri: Bədən hüceyrələri lazım olan miqdarda qan şəkəri nisbətinə çatmadığında davamlı yorğunluq hissi yaşaya bilərsiniz.
 
Arıqlama və ya kökəlmə: Eyni şəkildə bədəniniz kafi qlükoza qəbul etmədiyində əlavə əzələ və yağ yandırar. Bu vəziyyət nəticəsində birdən arıqlama baş verə bilər. Təəssüf ki, eyni vəziyyət kökəlmə üçün də keçərlidir.
Diqqət problemi: Bədəninizdə müəyyən bir tarazlıq olmadığı zaman fikriniz davamlı olaraq dağınıq olur. Bu vəziyyət nəticəsində yüksək təzyiq, diqqətsizlik və yaddaş problemləri yaşaya bilərsiniz.
Davamlı aclıq hissi: Bədəninizdə enerji vermək üçün uyğun miqdarda qan şəkəri olmadıqda bədəniniz alternativ bir enerji qaynağı axtarır. Bu da davamlı aclıq hissi yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR