Təqva əhlinin 3 nişanəsi

Təqva əhlinin 3 nişanəsi
23:52 11 Mart 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Təqva əhlinin üç nişanəsi vardır: əməldə ixlas, arzuların qısa olması, fürsətlərdən bəhrələnmək". (Avini)

""Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır". Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar". ("Əraf" 26).
"Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!". ("Rəd" 35).
İmam Əli (ə) təqva əhlinin nişanələrini sayan zaman buyurur: "Təqva əhlinin nişanəsi (budur ki) dindarlıqda güclüdürlər, mülayim və uzaqgörəndirlər, yəqinlə dolu imana malikdirlər, elm öyrənməkdə hərisdirlər, elmə malik olmaqla səbirlikdirlər. Zəngin olan zaman mötədil olub, ibadətdə mütidirlər, yoxsul olanda isə (gözəl sifətlərə)bəzənmiş olarlar".
"Sizin güzəşt etməyiniz təqvaya daha yaxındır". ("Bəqərə" 237).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR