Hollandiya türk naziri qovdu

Hollandiya türk naziri qovdu
23:57 11 Mart 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyada səfərdə olan türk nazir Fatma Betülün Hollandiyaya gələcəyi barədə açıqlama verməsindən sonra Türkiyənin Rotterdam Konsulluğunun binası önündən keçən yol bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,Türkiyənin Ailə və Sosial Siyasət naziri olan Betül quru yolu ilə, yəni avtomobillə Rotterdama gələcəyini açıqlayıb.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rotterdama uçuş icazəsini ləğv etmişdi.

23:09

Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betülün Hollandiyaya girişinə icazə verilməyib.

Bu barədə Türkiyənin Hollandiyadakı konsulu Sadin Ayyıldız məlumat verib.

O bildirib ki, nazirin avtomobili sərhəddə saxlanılıb.

Ayyıldız özünün də nazirin yanına getməsinə icazə verilmədiyini qeyd edib.

* * *

Hollandiya sərhədində saxlanılan nazir Fatma Betülün korteji geri - Almaniyaya göndərilib.

Bir saatlıq sənəd yoxlanışından sonra nazir və onunla birgə gələn nümayəndə heyətinin təcili sürətdə sərhədi tərk etmələri tələb edilib.

Bundan əlavə, nazirin gəlişi xəbərini eşidən yüzlərlə türk Hollandiyada Türkiyə Konsulluğunun ətrafına toplaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR