Bakıda şok hadisə

"Best FM" internet radiosunun əməkdaşı, baş prodüser vəzifəsində çalışmış Elxan adlı şəxsin atası tərəfindən döyüldüyü iddia edilib.

Metbuat.az bildirir ki, bu haqda "Best FM" internet radiosunun rəhbəri Aqil Böyükxanoğlu sosial şəbəkədə yazaraq onun fotolarını paylaşıb:

“Bizim radionun (internet üzərindən fəaliyyət göstərir - red.) Elxan adlı əməkdaşı atası tərəfindən döyülüb. Ata oğlunu evə az pul gətirdiyi üçün saçını qırxıb və döyüb”, - deyə Aqil Böyükxanoğlu bildirib.

Radio rəhbərinin sözlərinə görə, əməkdaşları atası tərəfindən ilk dəfə zorakılığa məruz qalmır:

“İlk dəfə atası Elxanı vuranda, mən müdaxilə etmişdim. O da söz vermişdi ki, bir də oğluna əl qaldırmayacaq. Daha sonra külqabı ilə oğlunu vurub və qaşını yarıb. Biz bunu da bağışladıq. Xəbərdarlıq etdik ki, bir də belə hal təkrarlansa, biz oğlunuzun şəkillərini mediada paylaşacağıq”.

A.Böyükxanoğlu bildirib ki, atası Elxanın ortancıl qardaşını da pul üstündə döyüb və oğlan buna görə evdən qaçmışdı.

“Elxanın atası spirtli içki düşkünüdür. Bir oğlunu da döymüşdü. Oğlan da evdən qaçmışdı. Biz də sonradan onu evə qaytardıq və ata da söz verdi ki, bir də belə hal təkrarlanmayacaq. Lakin sonradan o, Elxanı vəhşicəsinə döydü. Bu barədə polisə müraciət etmişik. Daxili İşlər Nazirliyindən də məsələ barədə ölçü götürüləcəyi bildirilib”, - deyə o, əlavə edib.

// Ölkə.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR