Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdılıb

Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdılıb
01:12 12 Mart 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.
Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.
Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçə başında şüarlar səsləndirərək etirazlarını davam etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandda-turklerin-etiraz-aksiyasi-guc-yolu-ile-dagidilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR