Cüdoçu Xanım Hüseynova: “Tokio-2020” üçün xala ehtiyacımız var”

Cüdoçu Xanım Hüseynova: “Tokio-2020” üçün xala ehtiyacımız var”
01:27 12 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ “Əslində final gözləyirdim, lakin rəqibim güclü idi”.
“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Xanım Hüseynova deyib.
81 kq. çəki dərəcəsində mübarizə aparan qadın cüdoçu bürünc medal uğrunda görüşdə azərbaycanlı idmançı ilə üz-üzə gəlməsinə münasibət bildirib. O, komanda yoldaşına qarşı güləşməyin çətin olduğunu qeyd edib:
“Önəmli olan xaldır. İslam Həmrəyli Oyunları və “Tokio-2020” üçün xala ehtiyacımız var. Rəqiblərimiz çox səviyyəli idmançılar idi. Bürünc medal uğurunda görüşdə komanda yoldaşıma qarşı güləşmək çətin oldu. Ən yaxın dostumdur. Kaş ki, ayrı düşəydik. Böyüklər arasında qazandığım ilk medaldır”.
X. Hüseynova 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasının üzvü Gülsədəf Kərimovaya qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cudocu-xanim-huseynova-tokio-2020-ucun-xala-ehtiyacimiz-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR