Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdıldı

Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdıldı
01:28 12 Mart 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.

“Report” xəbər verir ki, polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.

Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.

Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçələrdə şüarlar səsləndirərək etirazlarını davam etdirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR