Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb

Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb
02:07 12 Mart 2017
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 12 mart. REPORT.AZ/ Tovuz rayonunda sahibsiz itlər 4 baş qoyunu parçalayıb.
“Report”un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib.
Fərzalı İsgəndərovun xırdabuynuzlu heyvanları örüşdən qayıdarkən itlərin hücumuna məruz qalıb. Quduz itlər heyvanlardan 3-nü yaralayıb, 1-ni isə parçalayaraq öldürüb.
Zərərçəkənin sözlərinə görə, quduzlaşmış itlərin sayı kənddə günbəgün artır. Təhlükə mənbəyinə çevrilən canlılar azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri ciddi narahat edir.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-sahibsiz-itler-4-bas-qoyunu-parcalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR