Almaniyada İŞİD-in terror aktının qarşısı alındı

Almaniyada İŞİD-in terror aktının qarşısı alındı
02:44 12 Mart 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Essen şəhərində polis “Limbecker Platz” ticarət mərkəzində terror aktının qarşısını  alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisə terror hücumunun yeri və vaxtı barədə dəqiq məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra ticarət mərkəzində olanlar təxliyə edilib, bina mühasirəyə alınıb.

 

Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb. Saxlanılanlar dindirilib, onların evlərinə baxış keçirilib.

 

Terror aktının İŞİD qruplaşması tərəfindən hazırlandığı bildirilir. Terrorçular ticarət mərkəzində partlayış törətməyi planlaşdırırmışlar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR