Aİ-dən Türkiyəyə qarşı sərt addım

Aİ-dən Türkiyəyə qarşı sərt addım
02:49 12 Mart 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

Aİ Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn bir sıra inteqrasiya layihələri üzrə Türkiyə üçün nəzərdə tutulan bütün ödəmələri bloklayıb. APA-nın “Strana.ua”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Deutsche Wellе” nəşri məlumat yayıb.  

 

Qeyd edək ki, Aİ 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı. Həmin məbləğdən indiyədək Türkiyəyə cəmi 167 mln. avro köçürülüb.  

 

Ödənişlər konkret layihələrə bağlıdır. Onlardan ən irisi “Aİ-də üzvlüyə hazırlıqla bağlı islahatlar” layihəsidir. Bu məqsədlər üçün Aİ 1,58 mlrd. avro ayırmağı planlaşdırmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR