Neapolda qarşıdurma: 30-dan çox yaralı

Neapolda qarşıdurma: 30-dan çox yaralı
06:04 12 Mart 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Şimal Liqası” müxalifət partiyasının lideri Matteo Salvininin Neapol şəhərinə səfər etməsinə etiraz edən aksiya iştirakçıları ilə  polis arasında baş vermiş qarşıdurma nəticəsində 34 insan xəsarət alıb.  

 

APA-nın TG24 telekanalının saytına istinadən, polis 6  etirazçı saxlayıb.

 

Dinc olacağı gözlənilən  aksiyada minədək etirazçı qatılıb. Bir neçə saatdan sonra aksiyaya qatılan radikallar Salvininin çıxış edəcəyi polis komissarlığını daş-qalaq ediblər. Bundan sonra polislərlə qarşıdurma baş verib.    

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR