Türkiyə XİN rəhbəri Fransadadır

Türkiyə XİN rəhbəri Fransadadır
07:34 12 Mart 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etdikdən sonra XİN rəhbərinin təyyarəsi Fransanın Mts şəhərində eniş edib.  APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Fransada Çavuşoğlunun türk diasporunun  mitinqində çıxış edəcəyi planlaşdırılıb.  

 

“Görüş Mets şəhərinin Konqres Sarayında keçiriləcək. Zal yerli türk assosiasiyası tərəfindən icarəyə götürülüb, Mozel prefekturası təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürüb”, - deyə Fransa rəsmi qurumlardan bildirilib.   

 

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

 

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

 

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR