Türkiyə XİN: "Biz Niderlanda onqat artıq cavab verəcəyik"

Türkiyə XİN: "Biz Niderlanda onqat artıq cavab verəcəyik"
09:27 12 Mart 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ "Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir:
"Lakin Niderlandın naziri (Ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığını Avropaya xatırladacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xi-n-biz-niderlanda-onqat-artiq-cavab-vereceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR