Türkiyəli nazir "persona non grata" elan edildi

Hollandiya hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı "persona non grata" (Arzuolunmaz şəxs) elan edib.

Metbuat.az xəbər verir ki, türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verilib.

Xatırladaq ki, Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR