Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda diqqətli olmalıyıq"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda diqqətli olmalıyıq"
10:42 12 Mart 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ "Norveç üzərində qələbə bu komandadan 7 oyun aralanmağımıza kömək edəcək. Bu isə qalan 5 oyun üçün yaxşı fərqdir".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O Nil komandasının 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.
O bildirib ki, martın 26-da keçiriləcək növbəti turun nəticələri Şimali İrlandiyanın "C" qrupundakı vəziyyətinə müsbət təsir edə bilər:
"Çexiya San-Marinonu yenəcək. Almaniyanın da Azərbaycanı məğlub edəcəyi gözlənilir. Bu mənada Norveçə qalib gələrək, 2-ci pillədəki yerimizi möhkəmlədə, Çexiya ilə xal fərqini əvvəlki kimi saxlaya, Norveçdən isə aralana bilərik".
48 yaşlı mütəxəssis iyunun 10-da Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri oyundan da danışıb. O bildirib ki, görüşün tarixi və yolun uzaqlığı komandası üçün əlverişli deyil:
"Azərbaycanla oyunda diqqətli olmalıyıq. Çünki oyun vaxtı bizim üçün əlverişli deyil. Bakıya iyunda gedəcəyik. Digər tərəfdən, Azərbaycanla oyunumuz üçün 2 günlük bərpa prosesi və 5 saatlıq uçuş müddətimiz olacaq. Bu isə bizə ikiqat ağırlıq törədəcək. Bu mənada evdə Norveçi yenməliyik ki, Azərbaycanla qarşılaşmaya yüksək səviyyədə köklənə bilək".
Qeyd edək ki, 4 turdan sonra "C" qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir. Sonuncu yerdə gedən San-Marinonun isə xalı yoxdur. Martın 26-da Azərbaycan Almaniyanı, San-Marino Çexiyanı, Şimali İrlandiya isə Norveçi qəbul edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/simali-i-rlandiya-yigmasinin-bas-mesqcisi-azerbaycanla-oyunda-diqqetli-olmaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR