Gürcüstanda kütləvi iğtişaş: 11 polis, 1 deputat...

Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 20 nəfər xəsarət alıb, onlardan 11-i polis əməkdaşı, biri isə deputatdır.

Metbuat.az bildirir ki, bu barədə Acarıstan bölgəsinin səhiyyə naziri Zaal Mikeladze bildirib.

Yerli telekanalların məlumatına görə, xüsusi təyinatlılar Acarıstan Daxili işlər Baş İdarəsinin binasına daxil olmağa səy göstərən etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

“Respublika Xəstəxanasına 11 nəfər yerləşdirilib, onlardan 5-i polis əməkdaşıdır, üç nəfər qazdan zəhərlənmə simptomları ilə daxil olub. İki nəfər ambulator müalicəyə buraxılıb. Altı nəfərdə yüngül travmalar müəyyən edilib. Referal Klinikaya 10 pasiyent müraciət edib, onlardan 6-sı polisdir. Deputat İrakli Çeişvili başından ciddi xəsarət alıb. Onun sözlərinə görə, üzünə böyük daş dəyib”, - deyə Zaal Mikeladze “Birinci Kanal”ın efirində bildirib.

Məlumata görə, etirazçılar Acarıstan Daxili İşlər Baş İdarəsinin binası qarşısında üç polis avtomobilini yandırıblar.

//APA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR