Bitki məhsuldarlığını artıran yeni maddələr yaradıldı

Bitki məhsuldarlığını artıran yeni maddələr yaradıldı
11:17 12 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.

Milli.Az bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.

Boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçib.

Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR