AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub

12:02 7 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 11:58 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna bu yaxınlarda 73 ədəd yeni arxeoloji tapıntı daxil olub.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tapıntılar 2013-2014-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub. Daxil olmuş arxeoloji materiallar e.ə. V-IV minilliklərə aid edilir. Tapıntılar əsasən saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpiclərdən ibarətdir. Arxeoloji tapıntılar muzeyə Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının üzvü və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə tərəfindən təqdim olunub.

 

Qeyd edək ki, Arxeologiya fonduna daxil olmuş materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi də istifadə olunucaq. Xüsusilə, bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, ərazidə yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm rol oynayır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR