5 milyon miqrant bu ölkədən çıxarılacaq

5 milyon miqrant bu ölkədən çıxarılacaq
11:57 12 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında 5 milyon qeyri-leqal miqrantın (əhalinin 20 faizi) ölkədən çıxarılması proqramı hazırlanır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, deputat Sadka Fadelin təşəbbüskarı olduğu bu məsələ Məsləhətləşmə Şurasında müzakirəyə çıxarılıb.
 
Səudiyyə Ərəbistanında 2010-cu ildə aparılan statistikaya əsasən miqrantlar ölkə əhalisinin 30 faizini təşkil edir. Səudiyyə Ərəbistanında sahibkarlar əsasən miqrantların əməyindən istifadə etməyə üstünlük verir.  Ancaq hazırda ölkədə əmək qabiliyyətli əhalinin 12 faizi işsizdir. Bunların 25 faizi gənclər, 75 faizi qadınlardır.
 
"Al Hayat" qəzeti yazıb ki, Səudiyyə Ərəbistanının hakimiyyəti həmin miqrantların ölkə vətəndaşlığı almaq tələbi ilə çıxış edəcəklərindən ehtiyat edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR