Nazir: "Niderland beynəlxalq qanunları pozur"

Nazir: "Niderland beynəlxalq qanunları pozur"
11:58 12 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandın "arzuolanmaz əcnəbi" elan etdiyi Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Fatma Betül Kaya bu cür addımı beynəlxalq qanunların pozuntusu adlandırıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində yazıb.

"Türkiyənin Rotterdamdakı konsulluğuna daxil olmağımın qarşısını almaqla Niderland beynəlxalq qanunları, konvensiyaları və insan haqlarını pozmuş olub.

Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən "Anadolu" və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.

Niderland hökuməti daha sonra nazir Fatma Betül Kayanı "arzuolunmaz əcnəbi" elan edib. Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.

Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR