Madaqaskarda qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb

Madaqaskarda qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb
12:07 12 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 mart. REPORT.AZ/ Madaqaskarda "Enavo" tropik qasırğası nəticəsində ölənlərin sayı ən azı 50 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə və Təhlükənin Azaldılması üzrə Milli Bürosunun (BNGRC) icraçı katibi Tyerri Ventiyə istinadən "Frans Press" məlumat yayıb.
Bundan əvvəl ölənlərin sayının 38, yaralıların isə 180 nəfər olduğu bildirilirdi.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ümumilikdə 176 mindən çox insan zərər çəkib. Zərərçəkənlərin yerləşdirilməsi üçün 137 mərkəz açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/madaqaskarda-qasirga-qurbanlarinin-sayi-50-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR